01.06.2016

"1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilib

        1 iyun 2016-cı il tarixində Ucar rayonu Qazıqumlaq kənd 1 nömrəli  tam orta məktəbində "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Hər birimiz bir çiçək" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başladı. Sonra məktəbin IV sinif şagirdlərinin ifasında şeirlər, mahnılar və bədii  kompozisiyalar nümayiş olundu. Tədbirdə məktəbin Kiçik Akademiyasının üzvləri, X sinif şagirdləri Surə Mustafayeva və Ülkər Rəsulova apariciliq edirdilər. Məktəbin direktoru Rəhim Rəhimov "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün əhəmiyyətindən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların gələcəyinə yönələn müxtəlif layihələri  reallaşdırmasından danışdı.

Tədbirdə valideynlər və yaxın ərazidə olan məktəblərin müəllimləri də iştirak edirdi.


Açar sözlər: