14.07.2020

"Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı

Sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün artıq bir aydır  keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edəcək.

Ətraflı
07.07.2020

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

 İyulun 12-dən “Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə start veriləcək. Təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir.

Ətraflı
07.07.2020

Şagirdimiz imtahandan yüksək nəticə topladı

Dövlət İmtahan Mərkəzi 7 iyul 2020-ci il tarixində 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

Ətraflı
06.07.2020

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

    Məlum olduğu kimi, respublikada koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi müddətinin 2020-ci il 20 iyul tarixinədək uzadılması ilə əlaqədar olaraq ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınmışdır.

Ətraflı
29.06.2020

Növbəti tədris ili üçün dərsliklərdə hansı dəyişikliklər gözlənilir?

Bu il ümumi təhsil müəssilərəinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaqdır.

Ətraflı
23.06.2020

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

Şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, eləcə də layihə qurmaq və icra etmək bacarıqlarının inkişafına xidmət edən “Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub. 

Ətraflı
19.06.2020

Müəllimlərin yerdəyişmə müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri 

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Ətraflı
12.06.2020

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.

Ətraflı
08.06.2020

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalar

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalar haqqında video çarx hazırlandı

Ətraflı
02.06.2020

Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Göyçay rayonları arasında aparılan pedaqoji əməkdaşlığın virtual davamı

2017-2018 ci tədris ilindən başlayaraq  Ucar, Kürdəmir, Zərdab rayonları arasında pedaqoji əməkdaşlıq aparılır. Hazırda pedaqoji əməkdaşlığın keçirilməsi pandemiya səbəbindən yarımçıq qalmışdır.

Ətraflı
02.06.2020

İnşa müsabiqəsinin qalibləri seçildi

Ucar Rayon Təhsil Şöbəsi “28 May - Respublika Günü” münasibətilə rayonunun ümumtəhsil məktəblərinin IX - XI sinif şagirdləri arasında “İstiqlalımızın təməli ” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşdi. Belə ki, ümumi təqdim olunmuş 39 inşa, müsabiqənin final mərhələsinə keçmişdir. Final mərhələsinə vəsiqə qazanmış inşa yazıları  Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiya tərəfindən əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında yoxlanılmış və yeddi inşa qalib seçilmişdir.

Ətraflı
01.06.2020

“Hər Birimiz Bir Dünya” rəsm müsabiqəsinin qalibləri bəlli oldu

“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-nə həsr olunmuş “Hər Birimiz Bir Dünya” devizi altında keçirilən rəsm müsabiqəsinin qalibləri müəyyən olundu

Ətraflı
22.05.2020

Şagirdimiz "Virtual Əlaçı" seçildi

Təhsil Nazirliyinin Microsoft Teams proqramı üzərindən keçirdiyi V "Virtual Əlaçı" bilik yarışında Ucar şəhər 2N-li tam orta məktəbin X sinif şagirdi Murad Babayev "Virual Əlaçı" seçilib.

Ətraflı
21.05.2020

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib.

Sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsili, ailə üzvləri haqqında və digər zəruri məlumatları əlavə etməlidirlər. 

Ətraflı
21.05.2020

11-ci sinif şagirdləri üçün onlayn sınaq imtahanı

Onlayn sınaq imtahanlarının davamı olaraq Ucar rayonun ümumi təhsil müəssisələrinin 11- ci siniflərində təhsil alan şagirdlər üçün 22 may saat 10:00-da yeni sınaq imtahanı keçiriləcəkdir.

Ətraflı