1 İyun - Uşaqların  Beynəlxalq Müdafiəsi Günü  qeyd edildi  

BMT  Baş Assambleyasının təşkilatçılığı ilə 1950-ci ilin 1 iyununda  keçirilən  qadınların beynəlxalq konfransında  1 iyun  uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.Bundan sonra  həmin gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Hər il olduğu kimi ,bu il də bu tarixi gün Respublikamızın hər bir guşəsində,o cümlədən, Ucar  rayonunun  ümumi və  məktəbəqədər təhsil  müəssisələrində qeyd olunmuşdur.

01 iyun 2017-ci il tarixdə  Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil  məktəblərinin şagirdləri ,həmçinin Gənclər Mərkəzinin  nəzdində fəaliyyət göstərən  dərnək  üzvlərinin  iştirakı ilə hazırlanan  bayram konserti nümayiş etdirilmişdi.

Uşaqlar bir-birindən maraqlı şeir,mahnılar  oxumuş və rəqs etmiş , şeirlər söyləmişlər. Həmçinin uşaqlar Ölkə Prezidenti  İlham Əliyevin uşaqlara göstərdiyi dövlət qayğısı ,ölkənin uşaqlarla bağlı  inkişafetdirici  strategiyasından danışılmış, demokratik prinsiplərin ön plana çəkildiyiy xüsusi vurğulanmışdır.

          Tədbirdə İcra  Hakimiyyəti ,Təhsil Şöbəsinin nümayəndələri, ümumtəhsil  müəsisələrin  rəhbərləri və  müəllim və  şagirdlər iştirak etmişlər.

 


Açar sözlər: ,