08.01.2021

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

 

    Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

 

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Açar sözlər: