15.01.2021

Vətən müharibəsində iştirak edən  təhsil işçiləriylə onlayn görüş keçirilib

    14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edən Ucar rayon təhsil işçiləri ilə Ucar RTŞ-nin təşkil etdiyi onlayn görüş keçirildi.

 

    Görüşdə Ucar Rayon Təhsil Şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Rəna Cəfərova çıxışı edərək qeyd etdi ki, Vətən müharibəsi zamanı güclü, intellektual ordumuz , yüksək ixtisaslı kadr potensialımız , milli təhsil sisteminin yetirmələri olan gənclərimizin sayəsində ölkəmizin zəfər çalması qaçılmaz oldu. Tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılan bu möhtəşəm qələbə xalqımıza sonsuz sevinc, iftixar hissi yaşatdı. Bu sevinci, iftixar hissini yaşamağımıza səbəb qəhrəman şanlı ordumuzun igid oğulları olmuşdur. 44 gün davam edən Vətən müharibəsində 2800-dən artıq qorxmaz vətən oğulları canlarını işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qurban vermiş , tarixə böyük salnamə , qəhrəmanlıq dastanları yazaraq şəhid olmuşlar.

Bu şəhid igidlərimizin arasında rayonumuzunda payı vardır. Çünki biz Ucarlılar da böyük ürək ağrısı və acısı ilə 23 qəhrəman övladımızı torpağa tapşırmışıq. Onların hər biri bizim hər birimizin övladı, qardaşıdır. Biz onların ailələrinə , valideynlərinə , yaxınlarına , əzizlərinə bir daha səbr, şəhidlərimizə rəhmət diləyirik. Qarşılarında baş əyirik!

 

    Qeyd edək ki, Prezident İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq elan olunan səfərbərlik çərçivəsində rayonumuzun ümumtəhsil məktəblərində çalışan 11 nəfər təhsil işçisi - 7 nəfər pedaqoji heyətdən , 4 nəfər isə texniki heyətdən döyüşlərdə iştirak etmişlər.

 

    1. Əhmədov İkram Elman oğlu- Qaracallı kənd 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

    2. Nəbizadə Aslan Muxtar oğlu- Yuxarı Şilyan kənd ümumi orta məktəbin riyaziyat və informatika müəllimi

    3. Müslümzadə İsmayıl Aydın oğlu- Müsüslü kənd Ə.Məmmədov adına tam orta məktəbin kimya müəllimi

    4. Şirəliyev Kamran Mirağa oğlu- Boyat kənd M.Teymurov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

    5. Sadıqov Eyvaz Nahid oğlu- Alpout kənd 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

    6. Abdullayev Qəhrəman Niman oğlu - Qarabörk kənd tam orta məktəbin tarix müəllimi

    7. Nuriyev Nəsir Çingiz oğlu - Ucar Rayon Uşaq-Gənclər İdman- Şahmat Məktəbin məşqçi müəllimi

    8.Yəhyayev Pünhan Hamlet oğlu - Qaracallı kənd 1 nömrəli tam orta məktəb mühasibi

    9.Həbibillahi Ülvi Nazim oğlu-Qaracallı kənd 1 nömrəli tam orta məktəbin laborantı

    10.Həşimov Yasin Nail oğlu - Ucar Rayon Uşaq-Gənclər İdman- Şahmat Məktəbin texniki işçisi

    11.Salmanov Sahil Əlisəndər oğlu - Çiyni kənd tam orta məktəbin texniki işçisi

 

Daha sonra məktəb direktorları və döyüşlərdə iştirak etmiş müəllimlərimizin çıxışları dinlənildi.

 

Biz döyüşlərdə iştirak etmiş hər bir qəhrəman təhsil işçilərimizlə fəxr edir, qürur duyuruq.  Allah sizləri qorusun, əziz müəllimlərimiz!


Açar sözlər: ,