14.04.2021

Cəmiyyətin və dövlətimizin həmrəyliyi rifahımızın qarantıdır

   2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə növbəti təcavüzü nəticəsində mülki əhaliyə,dövlət əmlakına,o cümlədən infrastruktur obyektlərinə,habelə sahibkarlıq fəaliyyətinə və digər sahələrə dəymiş ziyanların qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən müvafiq sistemli tədbirlər görülür.Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi,onların məişət və şəxsi əşyalarla təmin edilməsi üçün dövlətimiz tərəfindən yardım göstərilir.

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə“YAŞAT”Fondu yaradılıb.Fondun yaradılmasında əsas məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformaların yaradılması,bu sahədə şəffaflığın,hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulllqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzlərinə,işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirirərkən,habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.Vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir.Bu Fondun vəsaitləri hesabına vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində müxtəlif işlər həyata keçirilməkdədir:şəhid ailəsi statusunu alınana və ya əlillik dərəcəsi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borcların qarşılanması,müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi,məişət şəraitinin yaxşılaşdırılması.

    Respublikamızın hər bir rayonunda Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə baş çəkmək üçün “ASAN xidmət”əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlamışlar.Göründüyü kimi,Fond cəmiyyətin və dövlətin birliyinin təcəssümü olmaqla,böyük bir humanist missiyanı həyata keçirir.

Bu böyük humanitar missiyanı həyata keçirən“YAŞAT”fonduna könüllü ödəmələr dayanmadan davam edir.Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının,xarici ölkələrdə yaşayan soydaşlarımızın,digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar,habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.Qazi və şəhid ailələrinə yardımların verilməsi,onların həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin əsasını təşkil edir.Məhz bu baxımdan dövlət başçısının Fərmanı ilə yaradılan bu Fondun sözügüdən istiqamətlərdə müsbət fəaliyyətinin şahidi oluruq.Belə ki,qısa bir zaman ərzində 2795 şəhidin 14 min alilə üzvü və 10 minədək yaralanan şəxslərlərlə görüşlər keçirilərək,onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilərək 5275 nəfər şəxs öhdəliyə götürülüb.Reallaşdırlmış ödənişlərin sayı isə 4141-dir.Fond tərəfindən reallaşdırılan ödənişlərin istiqamətləri,əsasən məişət şəraitinin yaxşılaşdırılması,tibbi xərclərin ödənilməsi,borc öhdəliklərinin qarşılanması,təhsil xərclərinin ödənilməsi və digər sahələrdir.Fondun şəffaf fəaliyyəti cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanmaqla dövlətə və dövlətçiliymizə ictimai etibarı artırmaqdadır.Çünki Fondun fəaliyyəti,istifadə olunan vəsaitlər barədə icimaiyyət vaxtaşırı məlumatlandırılır,hesabatlılıq prinsipinə əməl olunduğunun şahidiyik.Bunu ictimaiyyətə təqdim edilən rəqəmlərdən də görürük.Statistik məlumatlara əsasən,indiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənlilib.Qeyd edək ki,məhz bu şəffaf fəaliyyətin nəticəsidir ki,Fonda könüllü yardımlar davam etməkdədir.

    Xalq və dövlət bir yumruq kimi birləşərək 44 günlük II Qarabağ müharibəsində düşmən üzərində qəti qələbə qazandı.Xalqımızın Müzəffər Ordumuzun rəşadəti nəticəsində hərbdə Şanlı Qələbə qazandığı kimi,inanırıq ki,bu BİRLİK sosial sahədə də müharibənin yaratdığı fəsadları:dağıntıların bərpasına,normal həyatına erməni işğalçıları tərəfindən zərbə vurulan,şikəst olan,əlil arabasına məhkum olan qardaşlarımıza,şəhid vermiş analarımıza,bacılarımıza,ümumiyyətlə,bütün soydaşlarımıza müharibənin vurduğu mənəvi və fiziki zərbələri müəyyən qədər də olsa,dəf etməkdə yardımçı olacaqdır.

                    Ucar Rayon Təhsil Şöbəsinin metodisti - Qızqayıt Əhmədova


Açar sözlər: