14.04.2021

Şəhidimizin əziz xatirəsi yad edilib.

    Azərbaycanın bütövlüyü,toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir.Onları tanımaq,xatirələrini əbədi tutmaq isə,hər bir azərbaycanlının vətəndaşlıq borcudur.Bu gün haqqında söz açacağımız qəhrəmanımız II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan,Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Elnur Vəliyevdir.

    Elnur Vəliyev 14 aprel 1997-ci ildə Ucar rayonunda anadan olub.O,ailəsinin sonbeşiyi,3 bacının bir qardaşı idi.Orta məktəbi Ucar rayonunda bitirdikdən sonra,2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub.2018-ci ildə universiteti bitirdikdən sonra isə,Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təlimlərinə qatılıb.Beləcə Elnurun hərbi həyatı başlayır,uşaqlıq arzusu çin olur.Xüsusi təyinatlı qüvvələrin kursunu müvəffəqiyyətlə bitirmiş Elnur işə daxil olduqdan az bir zaman keçdikdən sonra ona komandir rütbəsi verilib.İki il Cəlilabad rayonunun N saylı hərbi hissəsində xidmət edib.II Qarabağ müharibəsində iştirak etmiş Elnur Vəliyev erməni işğalı altında olan torpaqlarımızın azad edilməsində iştirak edərək 185 erməni hərbçisi məhv edib.

    Bu gün şəhid E.Vəliyevin əziz xatirəsi yad edilib.Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov,Təhsil Şöbəsinin və şəhər 4 nömrəli tam orta məktəbinin bir qrup əməkdaşı və şagirdi iştirak edib.

    Şəhidimizin əziz xatirəsini hörmətlə anır,Allahdan rəhmət diləyirik.

 


Açar sözlər: