19.04.2021

Şəhid Səbuhi Süleymanovun anım günü qeyd edilib

    Rayon təşkilatının fəalları,Bərgüşad kənd ərazi təşkilatının üzvləri,kənd sakinlərinin iştirakı ilə Səbuhi Süleymanovun doğum günü münasibətilə məzarı və ailəsi ziyarət olunmuş,ruhuna dualar oxunmuşdur.

    YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva,Ucar Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov çıxışlarında qeyd etdilər ki,Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

    Daha sonra kəndin mərkəzində ailəsi tərəfindən inşa olunan bulağın açılışı oldu.

    Səbuhi Süleymanov 19 aprel 1997-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur.Ailədə 3 bacı,2 qardaş arasında sonuncu övlad olmuşdur.

Bərgüşad kənd 1 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Göyçay Peşə Liseyində "kəndin eletrikləşdirilməsi və rabitəsi üzrə elektrik mantyoru,avtomobil sürücüsü"ixtisası üzrə təhsil alaraq"3-cü dərəcəli elektrik mantyoru,BC kateqoriyalı avtomobil sürücüsü"peşəsinə yiyələnmişdir.

    13 iyul 2016--13 yanvar 2018-ci illərdə Azərbaycan Ordusununda xidmət etmişdir.Xidmət yeri Bakı şəhərində Kinologiya Mərkəzi olub.Hərbi xidmətini başa vurub ailəsinin yanına qayıtmışdır.

Hərbiyə olan sevgisi ilə anasından xeyir-dua alaraq 22 iyun 2018-ci ildən hərbi xidmət keçdiyi Silahlı Qüvvələrin Kinologiya Mərkəzində MAXE işləməyə başlamışdır.

    Vətən Müharibəsinin ilk günündən Qələbə gününədək şərəfli döyüş yolu keçmiş,09 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olmuşdur.12 noyabr 2020-ci il tarixdə Bərgüşad kənd qəbiristanlığında dəfn olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda",25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə"medalları ilə təltif olunmuşdur.

 


Açar sözlər: