21.04.2021

Şəhid Namiq Qarayevin xatirəsi yad edilib

    21 aprel 2021-ci il tarixdə rayon təşkilatının fəalları,Qazıqumlaq kənd ərazi təşkilatının üzvləri,kənd sakinlərinin iştirakı ilə 2-ci Qarabağ müharibəsində şəhid olmuş Namiq Qarayevin doğum günü münasibətilə məzarı və ailəsi ziyarət olunmuş,ruhuna dualar oxunmuşdur.Ucar Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov çıxışında qeyd etdi ki,Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

  N.Qarayev ailədə 4 qardaş,3 bacı arasında sonuncu övlad olub,Qazıqumlaq kənd1saylı tam orta məktəbi bitirmişdir.09oktyabr 1997-1999-cu illərdə Azərbaycan Ordusunun əsgəri olaraq Gədəbəy rayonunda xidmət etmişdir.18oktyabr 2001-ci ildə həmkəndlisi Günel xanımla ailə qurmuşdur.11avqust 2002-ci il təvəllüdlü qız övladının atası idi.Həyatda hər işi axarında getsə də,hərbi işə olan maraq,sevgi onu rahat qoymurdu.17iyul 2017-ci ildə Şəmkir korpusunda MAXE işinə qəbul olunur.Xidmətinin3 il 2 ay 13-cü günündə - ömrünün 41-ci ilində Şəhidlik zirvəsinə ucalan el oğullarından oldu.

    Cənnətdə ilk doğum günün mübarək Şəhidim!


Açar sözlər: ,