27.04.2021

Alternativ qeydiyyat mərkəzi yaradılıb

    Ucar Rayon Təhsil Şöbəsində ümumtəhsil müəssisələrinin I siniflərinə qəbulla bağlı alternativ qeydiyyat mərkəzi yaradılıb.Həmçinin “Whatsapp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər.Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları,həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

    Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Ucar Rayon Təhsil Şöbəsinin Aparıcı məsləhətçisi – Rahim Məmmədov

Əlaqə nömrəsi: (020) 21-3-16-28; “Whatsapp” : (+994) 50 582-10-09

Ünvan: Ucar şəhəri Heydər Əliyev pr.17

 


Açar sözlər: