04.05.2021

Görüş keçirilib

    Təhsil Nazirliyinin müvafiq məktubunun icrasını təmin etmək məqsədilə rayonun şəhid və qazi ailəsi üzvlərinin,aztəminatlı ailələrin sosial müdafiəsinin,məşğulluğunun təmin edilməsi üçün ümumi təhsil müəssisələrində müvafiq vakansiyalar üzrə  işə qəbul üçün müraciət edən həmin şəxslərə üstünlük verilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilir. 04 may 2021-ci il tarixdə Ucar Rayon Təhsil Şöbəsində rayonunun ümumtəhsil məktəblərində yeni işə qəbul edilmiş texniki işçilərlərlə görüş keçirilib.Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun rəhbərliyi ilə keçirilən görüş zamanı şəhid və qazi ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğının götərilməsi vurğulanmışdır.

    Qeyd edək ki,rayon üzrə  II Qarabağ müharibəsinin qaziləri Rüstəmov Səfər Mikayıl oğlu və Kərimov Laçın Xaləddin oğlu və I Qarabağ müharibəsi zamanı şəhid olmuş  Kərimov Səhman Şahbaz oğlu,Xəlilov Asif Qoca oğlunun ailə üzvlərindən Kərimli Rüstəm İntiqam oğlu,Xəlilova Şahzadə Kəmaləddin qızı,aztəminatlı ailələrdən Həsənova Bahar Novruz,İslamova Əntiqə Xanlar qızı,Nurəddinov Fərid Mahmud oğlu rayonun ümumtəhsil məktəblərində müvafiq vakansiyalar üzrə işlə təmin olunmuşdur.


Açar sözlər: