05.05.2021

Görüş keçirilib

    05 may 2021-ci il tarixində Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov rayonun Qazyan kənd 2 nömrəli,Boyat,Qaradağlı kənd tam orta məktəblərinin pedaqoji kollektivləri ilə ayrı-ayrılıqda onlayn şəkildə görüşlər keçirib.Görüşdə təlim-tərbiyə prosesinin,tədrsin təşkili barədə müvafiq söhbətlər aparılıb.Məktəbin pedaqoji kollektivinə tövsiyə və tapşırıqlar verilib,eyni zamanda müəllimlərin vaksinasiyası məsələsinə də toxunaraq özümüzün və gələcək nəsillərin sağlamlığının qorunması üçün peyvəndolunma prosesinə qoşulmaq tövsiyə edilib.


Açar sözlər: ,