17.05.2021

"İlin gənc müəllimi” müsabiqəsində ilk əllilik məlum oldu

   Milli Məclisin Mədəniyyət komitəsi,AzEdu.az Təhsil Portalı və “Gənc müəllimlər” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi-2021" müsabiqəsində “TOP-50-lik” müəyyən edildi.

Ucar rayon ümumi təhsil məktəblərindən üç nəfər müəllim ilk əlliliyə keçərək növbəti mərhələdə iştirak hüququ qazanıb.

    Müəllimləri və işlədikləri məktəbləri təqdim edirik:

1.Seyidova Aytən Ağaverdi qızı – Qaracallı kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,

2.Xəlilova Gülçöhrə Fəzail qızı - N. Gəncəvi adına şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi,

3.Quliyeva Səidə Nadir qızı – E.Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi.


Açar sözlər: ,