25.05.2021

Vətən müharibəsində iştirak etmiş təhsil işçisi

       Vətən müharibəsində iştirak etmiş təhsil işçisi- qəhrəmanımız Aslan Muxtarlı.

    Aslan müəllim hazırda Ucar rayonu Yuxarı Şilyan kənd ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi işləyir.21.09.2020-ci il tarixidən 27.12.2020-ci il tarixədək könüllü olaraq II Qarabağ  müharibəsində iştirak edib.Suqovuşan,Xocavənd,Ağdam istiqamətində gedən döyüşlərdə minaatan olub.Aslan müəllim bu gün fənni tədris etməklə yanaşı,şagirdlərinə qəhrəmanlıqla dolu müharibə xatirələrindən də danışır.Çalışır ki,təlim-tərbiyəsi ilə məşğul olduğu şagirdlər vətənpərvər,xalqını sevən,elini,obasını qorumağı özünə borc bilən əsl vətəndaşlar kimi yetişsinlər. 


Açar sözlər: ,