26.05.2021

Onlayn iclas keçirilib

    Mayın 26-da Ucar Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə onlayn iclas keçirilib.İclasda 2-ci yarımilin sonu ilə bağlı məktəbdaxili qiymətləndirmənin aparılması məsələsi müzakirə edilmiş, yaranan suallar cavablandırılmışdır. Eyni zamanda məktəblərin texniki və pedaqoji heyətlərinin vaksinasiya prosesinə qoşulmasında aktivlik nümayiş etdirmələri tövsiyə olunmuş, həm özümüzün,həm də ətrafımızdakı insanların sağlamlığının qorunması üçün bu prosesə qoşulmağın vacibliyi də diqqətə çatdırılmışdır.

 


Açar sözlər: