31.05.2021

Mükafatlandırma tədbiri keçirilib

29 may 2021 ci il tarixdə Türkiyə səfirliyində Bakı Anadolu Türk liseyinin təşkilatçılıgı ilə Azərbaycan məktəbliləri arasında 44 günlük Vətən müharibəsini bədii sözün qüdrəti ilə əks etdirən şeir yarışmasının qalibləri üçün hazırlanmış mükafatlandırma tədbiri keçirilib.Bu möhtəşəm mərasimdə rayonumuzu tanıdan Lək kənd 1 nömrəli məktəbin 8 a sinif şagirdi A.Nurtac 7-ci yerin sahibi olub.Qaliblərə planşet hədiyyə edilib.Daha sonra səfirliyin bağçasında təşkil edilmiş Yunus Emrə yaradıcılıgını görüntüləyən sərgiyə tamaşa edən iştirakçılar və qonaqlar gözəl bir ikramiyyəyə dəvət ediliblər.Unudulmaz və tarixi anlar hər bir gənc məktəblinin xatirəsinə beləcə həkk olunub.