01.06.2021

Respublika fənn olimpiadalarının final turu keçirilib

Mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

 

S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyada baş tutan final turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 73, tarix fənni üzrə 72, coğrafiya fənni üzrə isə 75 şagird iştirak edib.Həmin müsabiqədə rayonun Çiyni kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Daşdəmirli Aynur Rəşad qızı da iştirak edib.

 

Nəticələr yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.

 

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.

 

 


Açar sözlər: ,