09.06.2021

Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ümumrayon inşa müsabiqəsinin nəticələri müəyyənləşdirilib

“Nizami Gəncəvi ili” ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.Həmin tədbirlərin davamı olaraq rayonun ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə ümumrayon inşa müsabiqəsi keçirilib.

 

Onlayn keçirilən inşa müsabiqəsi iki mərhələdə təşkil edilib.Birinci mərhələ rayonun ümumtəhsil məktəblərinin 8-9-cu sinif şagirdləri arasında “Nizaminin sirli dünyası”,ikinci mərhələ 10-11-ci sinif şagirdləri arasında “Nizami Gəncəvinin yaradıcılığında vətənpərvərlik” mövzularında təşkil edilib.Ümumilikdə müsabiqədə  35 nəfər şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən,8-9-ci sinif şagirdlərinin arasında keçirilən müsabiqədə I yerə :

1.Şəhər 1  nömrəli tam orta məktəbin 8q sinif şagirdi  Qəhrəmanova Xanım;

2.Şəhər 4 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədova Səma;

II yerə :

1.Şəhər 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi  Bədəlova  Arzu;

2.Şəhər 5 nömrəli tam orta məktəbin 8a   sinif şagirdi Rəhimova Gülay

3.Şahlıq  kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Rəhimova Gülay;

III yerə:

1. Qarabörk kənd tam orta məktəbin 9-cu sinif şagirdi Novruzəliyeva Zəhra;

10-11-ci sinif şagirdləri arasında I yerə :

1.Şəhər 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mövsümova Seyidxanım;

IIyerə :

1.Şəhər 1 nömrəli məktəb-liseyin 10e sinif şagirdi Qurbanova Sunay;

III yerə:

1.Şəhər 6 nömrəli tam orta məktəbin 10b sinif şagirdi Ağammədova Gülər

2.Qulabənd kənd tam orta məktəbin 10-cu sinif şagirdi Həsənova Ayişə layiq görülüblər.

Qeyd edək ki,müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyatımız haqqında məlumatlılıq səviyyəsinin,milli-mənəvi dəyərlərə hörmət,vətənpərvərlik hissinin aşılanması,müstəqil fikir və düşüncəsini ifadə etmək bacarığının öyrənilməsi olub.

Qalibləri təbrik edir,gələcək təhsillərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq.

 


Açar sözlər: ,