09.06.2021

Onlayn iclas keçirilib

09 iyun 2021-ci il tarixdə Ucar Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə onlayn iclas keçirilib.Rayonun ümumtəhsil məktəblərinin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə keçirilən iclasda II yarımilin sonu üzrə siniflərdə summativ qiymətləndirmələrin aparılması qaydaları,"Yay məktəbləri"ilə bağlı məsələlər,Milli qiymətləndirmədə müvafiq siniflərin şagirdlərinin iştirakı ilə bağlı yaranan problemlər,həmçinin ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının nəticələri müzakirə edilib.Diskusiya şəraitində keçən iclasda  buraxılış imtahanlarında rayon üzrə ən yüksək və ən zəif nəticə göstərən məktəb rəhbərləri dinlənilib.Yüksək nəticə göstərən məktəblərin təcrübəsi müzakirə edilib,təklif və rəylər verilib.Yaranan suallar RTŞ-nin müdiri R.Məmmədov tərəfindən cavablandırılıb.


Açar sözlər: