16.06.2021

"Yay məktəbi"nə start verilib

Təhsil Nazirliyinin 07.06.2021-ci il tarixli 03-08-468/13 nömrəli əmrinə müvafiq olaraq Ucar rayonunun ümumtəhsil məktəblərində,o cümlədən şəhər 5 nömrəli tam orta məktəbdə yay məktəbi təşkil olunmuşdur.Məktəbin I-X siniflər üzrə 08 iyundan 15 iyun 2021-ci il tarixə qədər məktəb rəhbərliyinə valideynlərin övladlarının yay məktəbinə cəlb olunması ilə bağlı 93 ərizəsi daxil olmuşdur.Hazırda xüsusi karantin rejimi qaydaları gözlənilməklə məktəbin I-X sinifləri üzrə 16 iyun 2021-ci il tarixdən yay məktəbində ilk dərslərə başlanılmışdır.

 

Yay məktəbinin təşkilində əsas məqsəd dərs ilində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması,təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.


Açar sözlər: ,