15.06.2021

15 İyun – Milli Qurtuluş Günüdür

İyunun 14-də rayonun ümumtəhsil məktəblərində Qurtuluş Günü münasibətilə pandemiya şəraitinə uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilib.Tədbirlərdə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan bu tarixi gün haqqında şagirdlərin ifasında şeirlər səsləndirilib,mahnılar ifa olunub.Tədbirlərdə qeyd edilib ki,hər bir xalqın tarixində elə günlər var ki,həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur.Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil,böyük ictimai,siyasi və tarixi əhəmiyyətə malik bir gündür.15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir.Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında,möhkəmlənməsində,inkişafında müstəsna rol oynayan,daim xalqına arxalanan Ümummilli liderimiz Heydər Əliyevdir.


Açar sözlər: ,