17.06.2021

"Yay məktəbi"nin şagirdləri ekskursiyada

Ucar şəhər 2 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Dürnisə Sultanova 17 iyun 2021-ci il tarixində “Yay məktəbi”nə qoşulmuş şagirdləri ilə rayonun mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib.

 

Birinci sinif şagirdləri həm Mərkəzdə,həm də Mərkəzin nəzdində yerləşən Heydər Əliyev Muzeyində olublar.Onlar əvvəlcə Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzmüş,sonra isə Muzeydə yerləşən, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyətini əks etdirən şəkillərə,yaradılmış stend və guşələrə maraqla tamaşa ediblər.Şagirdlər Ulu Öndərə və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş şeirlər söyləyib,əziz xatirələrini yad ediblər.

 

Ekskursiyanın təşkilində məqsəd şagirdlərin dünyagörüşünün  inkişafı,şanlı tariximiz,mədəniyyətimiz haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi olub.


Açar sözlər: ,  ,