22.06.2021

Covid-19 pandemiyasına qarşı ən yaxşı mübarizə forması vaksinasiyadır

       

2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin askar olunması ilə COVİD-19 xəstəliyi yaranmağa basladı. Çin alimləri yeni koronavirusu 2019-cu ilin COVİD ili  elan  edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. YENİ koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir. 2020-ci ilin 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tədqiq edilməyə baslandı. Ümumdünya Səhiyyə Təşkilatı fevralin 11- də infeksiyanın  adını  COVID-19  qoydu və martın-11 koronavirusu pandemiya elan etdi.Virus insandan insana nəfəs vasitəsilə bədənə daxil olan virusları hava damlaları ilə ötürür. Virus tam mənada canlı orqanizm olmadığına görə onun inkisafı və çoxalması üçün hansısa  başqa  orqanizmə ehtiyac var. COVİD-19 infeksiyasını heç bir əlamət olmadan keçirənlərin orqanizmində virus qalır və onlar daşıyıcı rolu oynayırlar. Virusun zəiflədilmiş variantının vaksin şəklində bədənə yeridilməsi nəticəsində orqanizm virusa qarşı proteinler sintez etməyə  başlayır və inmunitet yaranir. Gələcəkdə isə yoluxma zamanı xəstəliyi  yüngül keçirmək mümkün olur.

Bu qorxulu pandemiyadan yeganə xilas yolu yoluxmaların azalmasının və xəstəliyin aradan qaldırılması yeganə  yolu vaksinləşmədir. Vaksinləşməyə nə qədər tez baslanılarsa  infeksiyanın geniş yayılmasının qarşısını bir o qədər tez almaq olar. Peyvəndlənmə mütləq şəkildə aparılmalıdır. Peyvənd ediləndən sonra yüngül baş ağrısı, qızdırma, kürək ağrısı ola bilər. Bir halda panikaya düşməyə ehtiyac yoxdur. Vaksinləşmə prosesi vaxtında həyata keçirilərsə, pandemiyanın qarşısını almaq mümkün olacaq. Çox az sayda olsa da,vaksinasiya olunma prosesinə müvəqqəti əks göstəricisi olan insanlar vardır ki, bunlar 18 yaşdan kiçik vətəndaşlar, hamilə qadınlar, süd verən analardır. COVİD-19 virusu insanı 1 və ya 2 həftə xəstə edən qohumlar, usaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə  insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəlikləri ucbatından həyatını itirir, usaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.

İmmun sistemi vaksini angentin kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsi ilə virusla taniş olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır .Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız allergik reaksiya ilə nəticələnmişdir.

Gənc və saglam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsə də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyeniya və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarina yoluxdurmaq şansını azaldır. Saglam qidalanmaq, idmanla məşgul olmaq və saglamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanlarin sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sisteminizi virusla mubarizə aparmağa hazır edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində ölkəmizdə yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Faliyyət Planı təstiq edildi. 2020-ci il 27 Fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması  profilaktika və təxirə salınmaz tədbirlərin operativ həyata kecirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyatı dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət  təsirini gostərdi.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sagalanlar və vaksin etdirənlər hesabına yaranır.Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalniz  ölkə əhalisinin 70-80  faizdən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Vaksinləşmə  prosesi vaxtında həyata kecirilərsə, pandemiyanın qarsını almaq mümkün olacaq. Rayonun təhsil işçiləri vaksinasiya olunmada öndə gedən kollektivlərdəndir. Hamılıqla vaksin olunması istiqamətində təbliğat işləri aparırırq. Şübhəsiz, Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində olduğu kimi, “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” düşüncəsi ilə tam qələbə qazanacaq! Biz bu xəstəliyə  birlikdə qalib gələcəyik!

Qaracallı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi – Elison İbrahimov


Açar sözlər: ,