22.06.2021

"Yay məktəbi"nin şagirdləri Tarix-diyarşünaslıq muzeyində

İyunun 22-də Ucar şəhər 2 nömrəli tam orta məktəbin "Yay məktəbi"nin şagirdləri rayon mərkəzində yerləşən Tarix-diyarşünaslıq muzeyində olublar.Məktəbin ibtidai sinif müəllimi Dürnisə Sultanovanın təşkil etdiyi ekskursiyada şagirdlər qədim keçmişimizi,doğma rayonumuzun tarixini,mədəniyyətini,eləcə də Vətən müharibəsi qəhrəmanlarının döyüş yollarını əks etdirən etdirən eksponat və fotostendlərə tanış olublar.Tədbirin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün genişləndirilməsi və asudə vaxtının səmərəli keçirilməsi olub.


Açar sözlər: ,