29.06.2021

Təqdimat mərasimi keçirilib

İyunun 29-da Ucar Rayon Təhsil Şöbəsində təqdimat mərasimi keçirilib.Tədbirdə respublika və beynəlxalq səviyyəli müsabiqələrdə uğur qazanmış rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən təltif və müxtəlif hədiyyələr təqdim olunub.

 

Eyni zamanda daha operativ fəaliyyət göstərən məktəb facebook səhifələri idarəçilərinə Rayon Təhsil Şöbəsi tərəfindən "Təşəkkürnamə" təqdim olunmuşdur.

 

Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov tədbirdə çıxış edərək,uğur qazanmış şəxsləri təbrik etmiş,gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.


Açar sözlər: