30.06.2021

"Yay məktəbi"nin son günü

İyunun 30-da rayonun ümumtəhsil məktəblərində,o cümlədən şəhər 3 nömrəli tam orta məktəbində"Yay məktəbi"nə yekun vurulub.

 

Yay məktəbinin sonuncu günü şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənova rəhbərlik etdiyi 2a sinfinin şagirdləri ilə ekskursiya təşkil edib.

 

Tədbirin sonunda Ş.Həsənova "Yay məktəbi"ndə iştirakına görə hər bir şagirdə Təşəkkürnamə təqdim edərək,yay tətilində xoş istirahət arzulayıb.

 

Tədbirdə iştirak edən bir neçə valideyn Ş.Həsənovaya maraqlı və əyləncəli yay məktəbində fəallığına görə təşəkkürünü bildirib.


Açar sözlər: ,