15.09.2021

15 sentyabr Azərbaycanda Bilik günüdür

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etməşərəfli iş hesab olunub. 


Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.


Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

 

Lakin son illərdə koronavirus pandemiyasının yaratdığı cətinliklər  təhsildən də yan keçməyib. Belə ki, artıq 2 ilə yaxındır ki, xəstəliyin yayılması və onun qarşısının alınması məqsədilə təhsil müəssisələrində dərslər distatnt və ya hibrid formada həyata keçirilir.

 

Qeyd edək ki, 2021-2022-ci tədris  ilində də müvafiq qərara əsasən, ibtidai siniflərdə 22 sentyabr,yuxarı siniflər, ali və orta ixtisas təhsili müəssisələrində isə dərslər 29 sentyabrın 29-dan başlanacağı qərara alınıb.


Açar sözlər: