20.09.2021

Ucar Gənclər Evində ali məktəb tələbələri ilə görüş keçirilib

 

18 sentyabr 2021-ci il tarixdə Ucar Gənclər Evinin rəhbərliyi və Ucar Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Gənclər Evində  bu il ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.Görüşün keçirilməsində məqsəd 2020-2021-ci tədris ilində qəbul imtahanlarında yüksək bal toplayan tələbələri təltif etmək və onları stimullaşdırmaq olub.

 

Tədbirdə Ucar RİH başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Rayon Təhsil Şöbəsinin müdiri Rauf Memmedov ,Ucar Gənclər Evi SXM-nin direktoru Elamin Dibirov , "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazim Məmmədov,tələbə və valideynlər iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, ardınca torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bi dəqiqəlik sükutla yad edilib. İştirak edən qonaqlar çıxışları zamanı gənclərə tələbəlik həyatında uğurlar arzu edərək onlara öz tövsiyələrini söyləyiblər. Çay süfrəsi ətrafında keçən səmimi görüşdə tələbələr də öz fikirlərini, arzu və istəklərini bölüşüblər.

 

Tədbir tələbələrin diplom və hədiyyələrlə mükafatlandırılması ilə başa çatıb. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

 

Ucar Rayon Təhsil Şöbəsinin adından bir daha gənclərimizi təbrik edir və onlara müvəffəqiyyətlər arzu edirik!

 

 


Açar sözlər: ,