22.09.2021

2021-2022-ci dərs ilinin ilk günü 

Respublikanın ümumi təhsil müəssisələrində,o cümlədən Ucar rayonunun ümumtəhsil məktəblərində I-IV siniflər üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb.Rayon üzrə bu gün qeyd edilən siniflər üzrə 4 420 nəfər şagird ənənəvi tədrisə başlayıb.

 

2021-2022-ci tədris ilində qeyd edilən siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

 

Qeyd edək ki,rayon üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 859 nəfər şagirdin təhsilə cəlb olunacağı gözlənilir.