27.09.2021

27 Sentyabr - Anım günüdür

27 sentyabr 2020-ci il Şanlı Zəfər tariximizin başlandığı o gün...Prezident İlham Əliyevin xalqa ordumuzun əks-hücum əməliyyatı ilə bağlı etdiyi ilk müraciəti...

 

Hər kəsin qəlbində yeni ümid qığılcımları közərməyə başladı.Bu ümid Azərbaycan xalqını birləşdirdi;bir yumruğa döndərdi. Hamı düşünürdü: bu dəfə mütləq düşmən tapdağı altında inləyən doğma Qarabağımız və  digər torpaqlarımız azad olacaq! Bu istək,  bu arzu xalqımızı dəmir yumruğa döndərdi, Müzəffər Azərbaycan Ordusunun şücaətini,qəhrəmanlığını bütün dünya gördü...

 

Düşmən kapitulyasiyaya məcbur oldu...

 

Düşmən məğlubiyyətinin nəticələri indi Hərbi Qənimətlər parkında nümayiş olunur. Bu, bizim Zəfərimizin nümayişidir. Bu qələbənin nümayişi bütün şəhidlərimizə ehtiram, qalib ölkənin yetişməkdə olan gənc nəslinə öyüd-nəsihəti üçündür. Onlar düşmənini tanımalı, dövlətinə layiqli övlad olmalı, şəhidlərimizi unutmamalıdırlar. Şəhidlərimiz əbədiyyət günəşinin ölkəmizin səmalarını daim nurlandıracaq şəfəqləridirlər!

 

Azərbaycan Respublikası Silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə,ölümün üzərinə qorxmadan şığıyan qəhrəman Azərbaycan oğullarına,Azərbaycan səmasından qələbələrimizə baxıb sevinən ölməz şəhidlərimizin müqəddəs ruhuna,bu mübarizədə sağlamlığını fəda edən qəhrəman qazilərimizə borcluyuq.

 

Eşq olsun Azərbaycan ordusuna!

 

Eşq olsun Azərbaycan xalqına!