27.09.2021

Anım günü ilə əlaqədar tədbirlər keçirilib

27 sentyabr 2021-ci il tarixində rayonun ümumtəhsil məktəblərində sanitar-epidemioloji qaydalar gözlənilməklə valideyn,yerli icra nümayəndəliklərinin əməkdaşları,veteran və qazilərin iştirakı təmin edilməklə  Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.Tədbirlərdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan yurddaşlarımızın əziz xatirəsi yad olunub,şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər söylənilib.Eyni zamanda rayon mərkəzi və yerlərdəki  Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib,məzarları önünə gül-çiçək dəstələri düzülüb.Tədbirlərin keçirilməsində məqsəd xalqımızın şərəfli keçmişini yetişən gənc nəslə aşılamaq,vətənpərvərlik ruhunda tərbiyə etmək,milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək olub.


Açar sözlər: