05.10.2021

"Əməkdar müəllim"adına layiq görülən həmkarımız

5 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil sahəsində,gənclərin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinin "Əməkdar müəllim"adına laiyq görülməsi ilə bağlı Sərəncam imzalamışdır.Təltif olunanlar arasında Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin fizika müəllimi Gülzar İsrayılova Əvəz  qızı da vardır.

 

Qeyd edək ki, G.İsrayılova 1980-ci ildə V.İ.Lenin adına ADPİ-ni fizika-riyaziyyat fakültəsinə daxil olmuş,1985-ci ildə həmin təhsil müəssisəsini Fərqlənmə Diplomu ilə bitirmişdir.Pedaqoji fəaliyyətə Ucar şəhər 5 nömrəli tam orta məktəbində fizika müəllimi olaraq başlamış,2008-ci ildən isə şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyində davam etdirmişdir.İşlədiyi müddətdə dəfələrlə  Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları ilə təltif olunub.Dərs dediyi şagirdlərdən Respublika Fənn Olmpiadasının (fizika fənni üzrə) qalibləri olmuşdur.

 

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafındakı xidmətlərinə,gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.

G.İsrayılovanı "Əməkdar müəllim" adına layiq görülməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.


Açar sözlər: