05.10.2021

Müəllimlər günü ilə əlaqədar tədbir keçirilib

Oktyabrın 5-də Ucar Rayon İcra Hakimiyyəti vəTəhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "05 oktyabr- Müəllimlər günü" münasibətilə tədbir keçirilib.Tədbirdə İcra Hakimiyyətinin Baçısı Mənsur Məmmədov,Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov,rayonun ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzərək,əziz xatirəsini yad ediblər.Sonra tədbir mərkəzin akt zalında davam etdirilmiş,Vətən müharibəsi şəhidləri,eyni zamanda Vətənin azadlığı uğrunda canını fəda etmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Rayon İcra Hakimiyyətinin Başçısı M.Məmmədov,Təhsil Şöbəsinin müdiri R.Məmmədov çıxış edərək müəllim peşəsinin aliliyindən, gənc nəslin yetişməsində müstəsna rolu barədə danışmışlar.Qeyd olunmuşdur ki,müəllim qaranlıqdan işığa,cəhalətdən tərəqqi və inkişafa aparan bir məşəldir.

 

Sonda İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən rayonun ümumi təhsil müəssisələrində çalışan bir qrup qabaqcıl müəllim Fəxri Fərman və Diplomlarla təltif olunublar.


Açar sözlər: