06.10.2021

Əməyi qiymətləndirilən təhsil işçiləri

Ucar rayon Ə.Məmmədov adına Müsüslü kənd tam orta məktəbin direktoru Hacıyev Mahir Həmid oğlu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

 

Hacıyev Mahir Həmid oğlu 1977-ci ildə V.İ.Lenin adına ADPİ-nin "Filalogiya" fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. Həmin ildən etibarən Müsüslü kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1994-cü ildən isə Müsüslü kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur.

 

Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi adından Mahir müəllimi təbrik edir, gələcək fəaliyyətində də uğurlar arzu edirik.


Açar sözlər: