07.10.2021

İnşa müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümümi təhsil müəssisələrinin şagirdləri arasında "Zəfər yolu" inşa müsabiqəsinin keçirilməsi haqqında" 24.09.2021-ci il tarixli, F-455 nömrəli əmrinin icrası ilə əlaqədar Ucar Rayon Təhsil Şöbəsinin əmrinə müvafiq olaraq 06.10.2021-ci il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbində 8-11-ci sinif şagirdləri arasında "Zəfər yolu" inşa müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir.Tədbirdə şagirdlər xalqımızın əldə etdiyi Şanlı Qələbə,Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin döyüşdə göstərdiyi fədakarlıq və qəhrəmanlığı haqqında,xalq və ordu birliyi haqqında  fikir və düşüncələrini ifadə etmişlər. Müsabiqənin nəticəsi olaraq,11-ci sinif şagirdi Əliyeva Fatiməxanım və 9-cu sinif şagirdi Hüseynova Rəvanə məktəb mərhələsinin qalibi elan edilərək rayon mərhələsində iştirak etmək hüququ qazanmışlar.


Açar sözlər: