08.10.2021

"Zəfər yolu" inşa müsabiqəsinin rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən"Ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Zəfər yolu" inşa müsabiqəsinin keçirilməsi haqqında" 24.09.2021-ci il tarixli, F-455 nömrəli əmr imzalanmışdır.Əmrin icrasını təmin etmək məqsədilə 2021-ci il oktyabrın 08-də Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə "Zərəf yolu" inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

 

Ucar Rayon Təhsil Şöbəsinin əmrinə uyğun olaraq rayonun ümumtəhsil məktəblərində 01-06 oktyabr 2021-ci il tarixlərində müsabiqənin məktəb mərhələsi təşkil olunmuşdur. 

 

Məktəb mərhələsinin qalibləri arasında keçirilən bu müsabiqədə  ümumilikdə 43 nəfər VIII-XI sinif şagirdi iştirak edib.Şagirdlər təqdim edilmiş mövzular əsasında uzun illər işğal altında olmuş Azərbaycan torpaqlarında,qoşunların təmas xəttində 2020-ci ilin sentyabr ayında ölkəmizə qarşı növbəti təxribata və hərbi təcavüzə cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücumu və qazanılan Tarixi Qələbəmizlə  bağlı  fikir və düşüncələrini əks etdiriblər. 

Qeyd edək ki,müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması,habelə Zəfər Gününün ümumtəhsil məktəblərində yüksək səviyyədə qeyd edilməsi məqsədini  daşıyırdı.


Açar sözlər: