08.10.2021

Şəhidlik zirvəsini fəth etmiş qəhrəmanımız – Elçin İsmayılov   

Oktyabrın 08-də şəhid Elçin İsmayılovun Anım günü qeyd edilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçsı,Təhsil Şöbəsinin müdiri,hüquq-mühafizə orqanları ,rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Rayonda yerləşən Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunduqdan sonra,E.İsmayılov adına Bulağın açılışı olub.

 

Qeyd edək ki,30 ilə yaxın bir müddətdə Ermənistan Silahlı Qüvvələrinin  işğal altında  saxladığı Qarabağ və onun ətrafındakı ərazilərimizin düşməndən azad edilməsi uğrunda  gedən 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə adı dillərdə dastan olmuş şəhid Elçin İsmayılov Mübariz oğlu 1989-cu il may ayının 30-da Ucar şəhərində anadan olub.O, 1995-ci ildə Ucar şəhər 1nömrəli  tam orta məktəbin 1-ci sinfnə daxil olub. 2006-ci ildə şəhər 1 nömrəli tam orta məktəbin   11-ci sinfini bitirərək, elə həmin ildə də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirmiş, eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinə zabitlərin təkmilləşməsi kursunda dinləyici  olmuşdur. 2011-ci ilin iyul ayının 24-də N saylı hərbi hissənin 5-ci mototatıcı taboruna tağım komandiri olmuşdur.2011-ci ilin noyabr ayından 2012-ci ilin iyun ayına qədər Xüsusi Təyinatlı Qüvvələr kursunda hazırlıq keçmişdir.Xüsusi Təyinatlı Qüvvələr Kursunu  keçmək üçün müarciət edən 300 nəfərlik heyətin arasından19 nəfər kursu keçə bilmişdir ki, onların da siyahısında Elçin İsmayılovun da adı var idi. 2012-ci il  iyul ayının 8-də 052 nömrəli hərbi hissəyə qrup komandiri vəzifəsinə, 2014-cü ilin mart ayından 052 saylı hərbi hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupu komandiri vəzifəsində  xidmət etmişdir. 2015-ci ilin fevral ayında  Qazax və Ağstafa istiqamətində gedən döyüşlərdə ,2016-cı ilin Aprel müharibəsində isə Talış kəndi istiqamətindəki döyüşlərdə iştirak etmişdir. 2016-ci ilin oktyabrından 2020-ci ilin yanvar ayına kimi Amerikalı təlimatçılar tərəfindən  Goran Təlim Mərkəzində yüksəsk nəticə ilə (SPECİAL OPERATİONS TRAİNİNQ) kursunu keçmişdir. 2018-ci ilin iyul ayında Türkiyə Respublikasında Anadolu Tədqiqat  təlimində iştirak etmişdir. 2019-cu ilin iyul ayında Pakistanlı təlimatçılar tərəfindən  Giləzi Tədris Mərkəzində “Dağlarda döyüş” kursunu keçmişdir. Uzunmüddətli təlimlərdən və hazırlıqlardan sonra 2020-ci il sentyabrın 26-dan 27-ə keçən gecə II Qarabağ müharibəsinə döyüş komandiri olaraq döyüşə yollanıb. Murovdağ  zirvəsinin fəthində ,Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak edərək rəşadətlə vuruşub. Qürürla  deyə bilərik ki,oktyabr ayının 4-də Cəbrayıl azad  edilərkən orada Azərbaycan bayrağı ilk dəfə məhz döyüş  komandiri  kapitan  İsmayılov Elçin Mübariz oğlu tərəfindən ucaldılmışdır.Döyüşlərdə  böyük qəhrəmanlıq göstərən, ölümün gözünə dik baxan E.İsmayılov erməni polkovnikinin başını kəsərək qulağına “Sənə Poladın qanını gətirmişəm “ deyib. Həmçinin,təkbətək döyüşdə erməni silahlı qüvvələrinin 23 yüksək rütbəli zabitini, ümumilikdə isə 200-dən çox erməni hərbçisini,çoxlu sayda döyüş texnikasını məhv etmişdir. Həmyerlimiz, döyüş meydanın aslanı, E.İsmayılov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmançasına həlak olub, şəhidlik zirvəsinə ucalıb.Kapitan E.İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edillib.

 

Özündən sonra Vətənə 2 oğul övladı əmanət qalıb. Uca Allahdan şəhidlərimizə rəhmət diləyir,müqəddəs ruhları qarşısında baş əyirik!

  


Açar sözlər: