22.10.2021

Rəsm müsabiqəsi keçirilib

Ucar rayon Gənclər İnkişaf Mərkəzində 8 noyabr "Zəfər günü"nə həsr olunmuş "Tarixi qələbə" adlı rəsm müsabiqəsi keçirilib.

 

Müsabiqənin keçirilməsində məqsəd uşaqlara "Zəfər Günü"nün tariximizin ən parlaq səhifəsi olduğunu, xalqa, dövlətə sevgi və sədaqət hisslərini aşılamaq, eyni zamanda istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarət olub.

 

Müsabiqədə UGİM-nin dərnək üzvləri Jalə Nəsirovanın,Məhəmməd Kərimlinin, Ruqəyya Əliyevanın və Sənubər Camalovanın çəkdiyi rəsm işləri qalib olmuş və 2 nömrəli Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinə onlayn qaydada göndərilmişdir.


Açar sözlər: