20.10.2021

Ədəbi-bədii gecə keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.07. 2021 -ci il tarixli F -372 nömrəli əmri ilə təsdiq edilmiş " Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planı"na əsasən şəhər 4 nömrəli tam orta məktəbdə 19 oktyabr 2021- çi il tarixində ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş ədəbi - bədii gecə keçirilib.Tədbirdə məktəbin  bir qrup müəllim və şagird kollektivi iştirak edib.Şagirdlər Aşıq Ələsgərin yaradıclığına müraciət etmiş,həyatı haqqında maraqlı faktlarla çıxış etmiş, qoşma və təcnislər söyləmişlər.

 

Tədbirin keçirilməsində məqsəd şagirdlərin Aşıq Ələsgərin irsi haqqında məlumatlılıq səviyyəsinin genişləndirilməsi olub.


Açar sözlər: