22.10.2021

İnşa müsabiqəsinin nəticələri 

Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəsissələrinin şagirdləri arasında “Zəfər yolu “inşa müsabiqəsinin keçirilməsi haqqında” 29.09.2021-ci il tarixli,F-455 nömrəli əmr imzalanmışdır.Əmrin icrası ilə bağlı Ucar Rayon Təhsil Şöbəsində müvafiq əmrlə İşçi qrupu  yaradılmış və müsabiqənin rayon mərhələsi şəhər 1 nömrəli məktəb-liseydə keçirilmişdir. 43 nəfər VIII-XI sinif şagirdinin qatıldığı müsabiqənin rayon mərhələsinin nəticələri müəyyən edilib.

 

Nəticələrə əsasən rayonun Qaradağlı kənd tam orta məktəbin XI sinif şagirdi İbrahimova  Səbinə Hamlet qızı I yerə, şəhər 2 nömrəli tam orta məktəbin IXa sinfinin şagirdi Hüseynova Rəvanə Rəşad qızı ,Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi İsmayılova Pəri Tahir qızı, Lək kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi İbadova Fatimə Namiq qızı II yerə, şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Abdullayeva Leyla Arif qızı,şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əliyeva Fatiməxanım Ceyhun qızı və şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi İbadova Aysun İlham qızı III yerə layiq görülmüşdür.

 

Qaliblərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.


Açar sözlər: