26.10.2021

Görüş keçirilib

Oktyabrın 26-da Ucar Rayon Təhsil Şöbəsində rayonun ümumtəhsil məktəblərində 2021-2022-ci tədris ilindən müddətsiz müqavilə ilə işləyən gənc müəllimlərlə görüş keçirilib.Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə pedaqoji fəaliyyətə başlayan müəllimlərin qarşılaşdığı problemlərlə tanış olub,təklifləri dinlənilib. Səmimi söhbət və diskussiya şəraitində keçən görüşdə rəhbərlik tərəfindən hər bir müəllimə gələcək işlərini günün tələbləri səviyyəsində qurmaq üçün tövsiyə və tapşırıqlar vermişdir. Eyni zamanda rayonunun ümumtəhsil məktəblərinin gənc müəllimlərinin  bir-biriilə qarşılıqlı sıx əlaqə yaratması üçün Gənc Müəllimlər Birliyinin yaradılması barədə təkliflər irəli sürülüb.


Açar sözlər: