25.10.2021

Treninq keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəb psixoloqlarının iştirakı ilə "Narkotik asılılıq,onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər" mövzusunda treninq keçirilib.

 

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun Milli İnformasiya sektorunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili,polis polkovnik-leytenantı Seymur Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov iştirak ediblər.

 

Tədbirdə narkotik maddələrin törətdiyi fəsadlardan, onların insan orqanizminə mənfi təsirindən, yeniyetmə və gənclər arasında təbliğat işinin daha da genişləndirilməsindən danışılıb.

Sonda tədbir iştirakçılarının hər birinə Sertifikatlar təqdim olunub.


Açar sözlər: