30.11.2021

Treninq keçirilib

Noyabrın 30-da Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin  psixoloqlarının  treniniqi keçirilib.Treninqin keçirilməsində məqsəd məktəb praktik psixoloqlarının fəaliyyətlərini günün tələblərinə uyğun  qurmaq məsələsi müzakirə olunub. Təhsil Şöbəsinin Metodkabinetinin direktoru Tağı Nəbiyev çıxış edərək bildirib ki,məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik  iş prosesində, təhsildə çətinliklərlə qarşılaşan ,inkişaf və davranışında problemlər olan uşaqların  üzə çıxarılması məqsədilə şagirdlərin  intellektual və şəxsi emosional inkişafıının,fərdi psixoloji vəziyyətlərini  öyrənmək,siniflərdə və qruplarda  sosial psixoloji mühiti tədqiq etməkdir.

 

Müzakirə zamanı şəhər 2 nömrəli tam orta məktəbin psixoloqu  Gülər  İsmayılova,şəhər 1 nömrəli məktəb-liseyin  psixoloqu Sədaqət Soltanova,şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Əşrəfova  çıxış edərək məktəblərdə qarşılaşdığı problemlər və onların həlli yolları barədə danışaraq öz iş təcrübələri və iş planları ilə iştirakçıları tanış etmişlər.

 

Məktəblərdə psixo-pedaqoji işin aparılması,maaarifləndirici tədbirlərin keçirilməsi,valideyn komitələri ilə  iş,sağlam həyat tərzinin təbliği,zərərli vərdişlərə  qarşı mübarizə,sosial şəbəkələrdən  səmərəli  istifadə, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və inkişafı istiqamətində görüləcək işlər barədə ətraflı məlumatlar verilib.


Açar sözlər: