02.12.2021

“Uşaq hüquqları və zərərli vərdişlər”

01 dekabr 2021-ci il tarixdə Ucar şəhər 5 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları və zərərli vərdişlər” mövzusunda tədbir keçirildi. Tədbirdə Ucar Rayon Polis Şöbəsinin inspektoru Xaqani Vahidov və Dini Qurumlarla iş üzrə Ucar bölgəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov mövzu ətrafında şagirdlərə ətraflı məlumatlar verdilər və sonda şagirdləri maraqlandıran sualar cavablandırılıb.

 

Tədbirin keçirilməsində məqsəd şagirdlərə hüquq və azadlıqları,vəzifələri barədə məlumatların,dünyagörüşünün genişləndirilməsi,zərərli vərdişlərin insan həyatına vurduğu zərbələr haqqında geniş təsəvvür yaratmaq və bunlardan çəkindirmək olub.


Açar sözlər: